BİRJA

"Viator" istiqraz buraxacaq, şərtlər
19 OKTYABR
150

"Viator" istiqraz buraxacaq, şərtlər

2018-10-19 12:49:00

"Viator Mikrokredit Azərbaycan" Bank olmayan kredit təşkilatı (BOKT) yaxın günlərdə istiqrazlarını buraxacaq. BOKT-dan verilən məlumata görə, bu barədə qərar şirkətin Müşahidə Şurasının oktyabrın 11-də keçirilmiş yığıncağında qəbul edilib.

Müşahidə Şurasının qərarına görə, manatla istiqraz buraxılışının həcmi 100-200 min manat, illik gəlirlilik 14-15% olacaq. İstiqrazların nominal qiyməti hələlik müzakirə edilir və sayının 500-1000 ədəd arasında olacağı gözlənilir.

"Viator"dan bildirilib ki, istiqrazlar qapalı üsulla yerləşdiriləcək və istiqraz buraxılışında partnyor şirkət "Paşa Kapital" olacaq.

BOKT-dan bildirilir ki, istiqraz buraxılışının əsas məqsədi fəaliyyət üçün maliyyə vəsaiti cəlb etmək, ən əsası isə şirkətin reputasiyasının möhkəmləndirilməsidir. Növbəti addım gələn ilin ilk yarısında, şirkətin 2018-ci il üzrə hesabatı açıqlandıqdan sonra 500 min – 1 milyon manat arasında növbəti istiqraz buraxılışı həyata keçirməkdir.

Qeyd edək ki, əvvəlki illərdə böyük zərərlə üzləşən "Viator" sürətlə vəziyyətini düzəltməkdədir, şirkət 2018-ci ilin ilk 9 ayını 255 min manat mənfəətlə başa vurub.

Eləcə də bax:İpoteka istiqrazları üzrə növbəti faiz ödənişi həyata keçirilib

FED

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258