BİRJA

40 milyon manatlıq Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
16 OKTYABR
137

40 milyon manatlıq Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

2018-10-16 17:04:00

16 oktyabr 2018-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0104011686 ISIN-li, 40mln. manat həcmində, 364 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 15 investor tərəfindən qiyməti intervalı 89.3119 AZN (12.033%)və 93.5785 AZN (6.8999%) olan 26 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 92.8869 AZN (7.6999%), orta ölçülmüş qiyməti 93.3607 AZN (7.1506%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 82, 433, 800, 00 AZN yerləşdirilmiş həcmi isə 30 mln manat təşkil edilib

İstiqrazların ödəmə tarixi 06.10.2020-ci il.

Hərrac iştirakçıları 17 oktyabr 2018-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250