BİRJA

Azərbaycanda da satılan bu maşınların səhmdarı olmaq olar
13 OKTYABR
417

Azərbaycanda da satılan bu maşınların səhmdarı olmaq olar

2018-10-13 21:56:00

Ötən gün Bakıda yeni  Aston Martinin təqdimatını keçirən şirkət rəsmiləri , bu Britaniya şirkətinin nə üçün Açıq Səhmdar Cəmiyyət olduğuna aydınlıq gətirib. Belə ki. Fins.az-ın sualını cavablandıran Aston Martinin Yaxın şərq  və Şimali Afrika regionu üzrə prezidenti Dan Balmer bunun əslində mülkiyyətçiliyin demokratiyalaşdırılmasına imkan verdiyini bildirib. Şirkət olaraq mülkiyyətçiliyi səhmdarların üzərinə buraxırıq. Məqsədlərimizdən biri də səhmdarları cəlb etməklə daha da inkaşafa can atmaqdı. Səhmlərimiz gələcəkdə yeni sərmayələrin yatırılmasına səbəb olacaq deyə şirkət rəsmisi bildirib. O həmçinin qeyd edib ki, Aston Martin Britaniyada ASC olan ilk avtomobil şirkətidir.

Məlumat üçün bildirək ki, 10 gün bundan öncə Böyük Britaniyanın dünyaca məşhur avtomobil brendi London birjasında ilk səhmlərini satışa çıxarıb. 5.6 milyard dollar bazar kapitalı olan Aston Martin səhmlərinin 25%-ni biri 24.7 dollara satışa çıxarıb. 

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258