BİRJA

“Embafinans” 2018-də böyük artımlar qeyd edir – MƏNFƏƏTİ 5 DƏFƏ ARTIB
12 OKTYABR
343

“Embafinans” 2018-də böyük artımlar qeyd edir – MƏNFƏƏTİ 5 DƏFƏ ARTIB

2018-10-12 16:17:00

2018-ci ildə də Bank olmayan kredit təşkilatı “Embafinans” MMC böyüməkdə davam edərək bazardakı mövqeyini möhkəmləndirir. Kredit təşkilatının aktivləri, kredit portfeli, gəlirləri və xalis mənfəəti artıb.

GƏLİRLƏRİ ARTIB

Fins.az xəbər verir ki, “Embafinans”ın faiz gəlirləri 2018-ci ilin 9 ayı ərzində ötən ilin eyni dövrü ilə müqayisədə 29% artaraq 3 milyon 975 min manat təşkil edib. BOKT ötən ilin eyni dövründə 3 milyon 88 min manat faiz gəliri əldə etmişdi.

Müqayisə olunan dövrdə, “Embafinans”ın haqq və komissiya gəlirləri isə 69% arataraq 576 min 417 manatdan 975 min 841 manata qalxıb.

QAZANCI  5 DƏFƏYƏ YAXIN ARTIB

"Embafinans" MMC-nin mənfəəti 2018-ci ilin yanvar-sentyabr dövründə ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 dəfə artaraq 1 milyon 789 min manat təşkil edib.Təşkilat 2017-ci ilin yanvar-sentyabr dövründə 388 min 222 manat  mənfəət əldə etmişdi.

MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR DƏ ARTIB

“Embafinans”ın aktivlərində də artım müşahidə edilir. Kredit portfelinin 18% artmasının təsiri ilə cəmi aktivlər 12% artaraq 22 milyon 838 min manatdan 25 milyon 559 min manata yüksəlib. Təşkilatın kredit portfeli isə 30 Sentyabr 2018-ci il tarixində 19 milyon 49 min manata çatıb. Ötən ilin Sentayrında bu məbləğ 16 milyon 110 min manat idi. İllik müqayisədə “Embafinans”ın məcmu kapitalı 8% artaraq 14 milyon 683 min manata yüksəlib.

PORTFELİKEYFİYYƏTİ

“Embafinans” MMC-nin gecikmiş kreditlərinin kredit portfelinə nisbəti 4.9%-dir. Ötən ilin eyni dövrü ilə müqayisədə gecikmiş kredit nisbəti daha aşağı düşüb. Belə ki ötən il  bu göstərici 5.3% idi.

https://www.facebook.com/embafinans/

https://www.instagram.com/embafinans/

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256