BİRJA

Beynəlxalq Enerji Agentliyi: Neftin qiyməti yüksək səviyyədə qalacaq
12 OKTYABR
150

Beynəlxalq Enerji Agentliyi: Neftin qiyməti yüksək səviyyədə qalacaq

2018-10-12 15:13:00

Neftin qiyməti yüksək səviyyədə qalacaq.

Fins.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir.

IEA qlobal neft tələbatına dair proqnozunu azaldıb. Agentlik bu il və 2019-cu il üçün gündəlik neft tələbatına dair proqnozunu təxminən 110 min barrel aşağı salıb.

Eləcə də bax:ABŞ neftin qiymətinə dair proqnozunu artırıb

“Qlobal bazarda neft tədarükündə kiçilmə olacaq. Ticarət müzakirələri və artan neft qiymətləri tələbatın aşağı düşməsinə təsir edən amillər sırasındadır. İran və Venesuelada azalan tədarüklə əlaqədar olaraq neftin qiyməti yüksək səviyyədə qalacaq”, - deyə hesabatda bildirilir.

AZƏRTAC 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9474
  • ₽ RUB
    0.0260