BİRJA

Neftin qiyməti yenidən qalxmağa başlayıb
12 OKTYABR
243

Neftin qiyməti yenidən qalxmağa başlayıb

2018-10-12 11:43:00

Dünya bazarında neftin qiyməti ikigünlük davamlı azalmadan sonra yenidən qalxmağa başlayıb.

Fins.az  xəbər verir ki, "Brent" markalı Şimal dəniz neft qatışığının dekabr fyuçerslərinin qiyməti Bakı vaxtı ilə saat 11:15-a olan məlumata görə, 1,22% artaraq 81,24 dollar/barel təşkil edib.

Nyu-York birjasındakı hərracda WTI markalı yüngül neftin noyabr fyuçerslərinin qiyməti isə 1,18% qalxaraq 71,81 dollar/barel olub.

Qeyd edək ki, "Brent" markalı xam neftin 1 barelinin dəyəri son bir ay ərzində artaraq ötən həftə 86 dolları ötmüşdü. Bu isə bu markalı neftin qiymətində 2014-cü ilin oktyabr ayından bəri ən yüksək göstərici olub. Lakin bu həftənin əvvəlindən qiymətdə dalğalanmalar başlayıb.

 Eləcə də bax:Dünya fond birjalarında PANİKA - Yeni iqtisadi böhran başlayır?

Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259