BİRJA

Dünya fond birjalarında PANİKA - Yeni iqtisadi böhran başlayır?
11 OKTYABR
188

Dünya fond birjalarında PANİKA - Yeni iqtisadi böhran başlayır?

2018-10-11 12:17:00

Çin, Yaponiya və Koreya fond birjaları ciddi geriləyib. 

Fins.az xəbər verir ki,Yeni Zelandiyanın maliyyə bazarı da mənfiyə doğru gedib.

ABŞ fond birjasında müşahidə olunan geriləmə səhər saatlarında Honq Konq birjasının 3%, Yaponiya birjasının 3,5%, Kospi fond birjasının da 3,5% düşməsinə yol açıb.

Asiyanın MSCI indeksi 3,86% ümumi dəyər itirib. Çinin telekommunikasiya nəhəngi “Tencent”in qiymətli kağızları da 7% ucuzlaşıb.

Fond birjalarında yaranmış panika Beynəlxalq Valyuta Fondunun xəvbərdarlıqları ilə bağlıdır. Belə ki, sentybarın 26-da Federal Rezerv Sisteminin dolların uçot dərəcəsini 2-2,5% diapazonuna qaldırması dövlət istiqrazlarının kütləvi satılmasına yol açıb. Nəticədə ABŞ-ın NASDAQ 100, Dow Jones və s. əsas birja indeksləri mənfiyə yuvarlanmışdı.

Həmin vaxt prezident Tramp Federal Rezerv Sisteminin qərarını ağılsızlıq adlandırmışdı.  

Modern

Eləcə də bax:Azərbaycan nefti günə bu qiymətlə başlayıb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258