BİRJA

İpoteka istiqrazlarının 60 milyon manatlıq emissiyasının üçüncü tranşı yerləşdiriləcək
11 OKTYABR
147

İpoteka istiqrazlarının 60 milyon manatlıq emissiyasının üçüncü tranşı yerləşdiriləcək

2018-10-11 09:46:00

Bu gün Bakı Fond Birjasında “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu”nun 20,000 000 manat həcmində adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. İstiqrazlar 1 003.6667 manat qiyməti ilə satışa çıxarılacaq.

Fins.az xəbər verir ki Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu"nun adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının baza emissiya prospekti avqustun 2-də qeydə alınıb. Emissiyanın ümumi həcmi 60,000,000 AZN təşkil edir, bir istiqrazın nominal dəyəri 1000 AZN, istiqraz üzrə faiz dərəcəsi 3 faizdir.

 Eləcə də bax:Dolların sabaha olan məzənnəsi

Buraxılışın 20,000,000 manat təşkil edən ilk emissiyası avqustun 28-də yerləşdirilib.

Baza emissiya prospektinə əsasən, yerləşdirilmə kütləvi təklif üsulu ilə "Bakı Fond Birjası" QSC vasitəsilə keçiriləcək. Depozitari və Sərəncamçı xidmətləri Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9340
  • ₽ RUB
    0.0258