BİRJA

Gələn ilin büdcəsi üçün hansı sahələr prioritet olacaq?
10 OKTYABR
105

Gələn ilin büdcəsi üçün hansı sahələr prioritet olacaq?

2018-10-10 11:41:00

Gələn ilin büdcəsi həm investisiyayönümlü, həm də sosialyönümlü olacaq.

Fins.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib.

Eləcə də bax: Şəhər və rayonlarında çoxmənzilli binalarla bağlı mühüm SƏRƏNCAM

Dövlətimizin başçısı deyib ki, bütün sosial layihələr icra ediləcək. Eyni zamanda, dövlət kapital qoyuluşu üçün kifayət qədər vəsait də nəzərdə tutulur. Əsas məsələ ondan ibarətdir ki, biz bu vəsaitdən səmərəli şəkildə istifadə edək, ölkə qarşısında duran əsas məsələlərin həllini təmin edək, prioritetləri düzgün seçək. Dövlət İnvestisiya Proqramımız iqtisadiyyatın real sektoruna xidmət göstərməlidir, eyni zamanda, bu günə qədər öz həllini tapmayan infrastruktur layihələrinin icrasına da istiqamətləndirilməlidir.

AZƏRTAC

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250