Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,31 dollar və ya 0,41% azalaraq 74,65 dollar təşkil edib. Fins.az xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,20 dollar və ya 0,24% ucuzlaşaraq 84,80 dollar təşkil edib.