BİRJA

AzFinance Azərbaycan kapital bazarı tarixində bir ilkə imza atdı
09 OKTYABR
1939

AzFinance Azərbaycan kapital bazarı tarixində bir ilkə imza atdı

2018-10-09 11:27:00

08.10.2018-ci il tarixində AzFinance İnvestisiya Şirkəti ölkə tarixində ilk dəfə olaraq EmbaFinans MMC-nin 2 000 000 AZN dəyərində istiqrazlarını öhdəlik götürməklə yerləşdirmişdir. Burada əsas diqqət çəkən məqam öhdəlik götürməklə anderraytinq xidmətinin ölkədə ilk dəfə baş verməsidir. Bu xidmət investisiya şirkətinin emitent (yəni vəsaiti borc alan şəxs) qarşısında istiqrazları yerləşdirmək barədə öhdəlik götürməsidir. Yəni bu xidmət nəticəsində emitent istiqrazların tam yerləşdiriləcəyindən əmin olaraq prosesə başlayır.

Bu xidməti göstərməklə AzFinance İŞ ölkədə fəaliyyət göstərən şirkətləri kapital bazarndan əminliklə vəsait cəlb etmələrinə inam yaradır. Metak istiqrazlarının yerləşdirilməsindən sonra bu 2018-ci ildə AzFinance-ın ikinci korporativ istiqraz emissiyasına anderraytinq xidmətidir. Metak istiqrazlarını AzFinance öhdəlik götürmədən yerləşdirmişdir. 29.01.2018 tarixində baş tutmuş yerləşdirmə zamanı AzFinance Metak şirkətinə 2 000 000 AZN vəsait cəlb etməyə nail olmuşdur. Metak istiqrazları ilkin yerləşdirilən zaman 14% gəlirlik vəd edirdi. Hal hazırda investorlar Metak istiqrazlarını 8-9% gəliliklə almaq istəyirlər. Embafinans istiqrazları isə 10.5% gəlirlik vəd edir. Fiziki şəxslər bu istiqrazları aldıqları zaman hər ay faiz ödənişi əldə edəcəklər və bu gəlirdən heç bir vergi və əlavə xərcləri olmayacaq. İastiqrazları istənilən zaman satıb gəlirləri ilə birlikdə vəsaitlərini geri götürə biləcəklər.

Təkrar bazarda istiqrazları istənilən şəxs AzFinance İŞ-nə müraciət etməklə ala bilər. AzFinance İŞ Embafinans istiqrazlarının əsasən hüquqi şəxslərə xüsusilə də bank və sığorta şirkətlərinə maraqlı olacağını düşünür. Şirkətin maliyyə hesabatlarını böyük dördlüyə daxil olan PWC (PricewaterhouseCoopers) audit şirkəti audit etmiş və bu hesabatlara əsasən şirkətin maliyyə göstəriciləri ölkə banklarının 90%-nin maliyyə göstəricilərindən daha yaxşıdır. Bir kredit təşkilatı kimi Embafinans-ın kredit portfeli mükəmməl diversifikasiya edilmiş, əsasən istehlak kreditlərindən və yalnız manatda verilmiş kreditlər olduğu üçün kreditlər üzrə gecikmələrin cəmi məbləği kredit portfelinin 3%-ni keçmir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9377
  • ₽ RUB
    0.0257