BİRJA

"Juventus” klubu öz tokenini buraxacaq
06 OKTYABR
329

"Juventus” klubu öz tokenini buraxacaq

2018-10-06 17:34:00

İtaliyanın məşhur futbol klubu Juventus blokçeyn-platforma Socios.com ilə əməkdaşlıq çərçivəsində öz azerkeşləri üçün «Juventus Official Fan Token» adlı tokenlərini buraxacaq. Bu barədə futbol klubunun rəsmi saytında xəbər verilib.

Socios.com tokenlərin satışı (Fan Token Offering) sxemini təşkil edəcək və klub azarkeşləri tokenləri almaq imkanı əldə edəcəklər. Token sahiblərinin klubla bağlı sorğularda və səsvermədə iştirak hüquqları olacaq. Tokenlərin buraxılması 2019-cu ilin 1-ci rübündə buraxılması planlaşdırılır. Juventus-un baş inspektoru və qlobal partnyorluq üzrə rəhbəri Giorgio Ricci: “Biz hər zaman innovativ texnologiyaları diqqətlə təqib edirik. Socios.com ilə birlikdə biz dünya üzrə bütün azarkeşlərimiz üçün yeni imkanlar təklif edə bilərik”. İtaliyada Vecchia Signora(Qoca senyora) adı ilə tanınan klub dünya üzrə 340 milyon azarkeşə sahibdir.

Xatırladım ki, bir müddət əvvəl Fransanın “PSG” (Paris Saint-Germain) futbol klubu Socios.com ilə əməkdaşlıq çərçivəsində öz tokenlərini buraxacağını elan etmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255