BİRJA

Maliyyə Nazirliyinin istiqrazların kəsmə qiyməti açıqlanıb - Hərrac
18 SENTYABR
169

Maliyyə Nazirliyinin istiqrazların kəsmə qiyməti açıqlanıb - Hərrac

2018-09-18 17:09:00

18 sentyabr 2018-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0102009682 ISIN-li, 10 mln. manat həcmində, 182 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərrac zamanı 15 investor tərəfindən qiyməti intervalı 95.6142 AZN (9.2499%) və 96.8606 AZN (6.5360%) olan 23 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 96.4695 AZN (7.3800), orta ölçülmüş qiyməti 96.4780 AZN (7.3616%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 51 428 900, 00 AZN, yerləşdirilmiş həcmi isə 10 mln. manat təşkil edililib.

İstiqrazların ödəmə tarixi 19 mart 2019-cu il.

Hərrac iştirakçıları 19 mart 2019-cu il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9474
  • ₽ RUB
    0.0260