BİRJA

“Hard fork”lar təhlükə mənbəyidir - ARAŞDIRMA
14 SENTYABR
536

“Hard fork”lar təhlükə mənbəyidir - ARAŞDIRMA

2018-09-14 18:13:00

“Hard fork” adı ilə tanınan blokçeyn yenilənmələri rəqəmsal valyutaların sabitliyinə təhlükə yaradırlar.

Fins.az Finans.az-a istinadən  xəbər verir ki, “Ouk-Ric” elm və təhsil institutunun bir qrup əməkdaşının apardığı araşdırmanın nəticələri bunu göstərir.

Araşdırmaçılar qeyd edir ki, rəqəmsal valyutalar onların əsasını təşkil edən blokçeyn texnologiyası sayəsində qlobal miqyasda, kommersiya və məlumatlar mubadiləsi sənayesini transformasiya etmək potensialına malikdirlər. Lakin idarə olunmada problem kriptovalyutalara təhlükə yaradır.

Kriptovalyutaların blokçeyninin bölünməsi bu texnologiyaya etibarının itirilməsinə gətirib çıxara bilər.

Mütəxəsislər belə bir qənaətə gəlir ki, “hard fork”lar mütəmadi xarakter alacaqlar və bu il ərzində 50-yə yaxın belə yenilənmə olacaq.

Bitkoinin gələcəyinə gəldikdə isə, araşdırmaçıların fikrincə, bu kriptovalyutanın beynəlxalq miqyasda mübadilə mühiti qismində inkişafı üçün, maynerlər, birjalar kimi şəbəkə operatorları daha mükəmməl idarə alətləri işləyib hazırlamalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9340
  • ₽ RUB
    0.0258