BİRJA

10 mln manatlıq dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib
11 SENTYABR
101

10 mln manatlıq dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib

2018-09-11 17:31:00

11 sentyabr 2018-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0102008684 ISIN-li, 10 mln. manat həcmində, 182 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərrac zamanı 15 investor tərəfindən qiyməti intervalı 94.3543 AZN (12.0661%)və 97.1106 AZN (6.0000%) olan 23 sifariş təqdim edilib. 

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 96.4148 AZN (7.4986), orta ölçülmüş qiyməti 96.4633 AZN (7.3935%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 46 160 200, 00 AZN, yerləşdirilmiş həcmi isə 10 mln. manat təşkil edilib. 

İstiqrazların ödəmə tarixi 12 mart 2019-cu il.

Hərrac iştirakçıları 12 mart 2019-cu il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9876
  • ₽ RUB
    0.0249