BİRJA

ABŞ-da bu sahə proqnozları üstələyib
11 SENTYABR
145

ABŞ-da bu sahə proqnozları üstələyib

2018-09-11 09:36:00
ABŞ-da sağlam iş məlumatları- iqtisadi inkişaf davam edir. AzFinance investisiya şirkətindən verilən məlumata görə, Amerika Birləşmiş Ştatlarında məşğulluqla bağlı göstəricilər aşağıdakı kimi olub. 
•Ötən həftə açıqlanan məlumatlara əsasən kənd təsərrüfatı xaric 201,000 yeni iş yeri yaradılmışdır ki, bu da iqtisadçıların gözləntilərindən əhəmiyyətli yuxarı olub.
•Əlavə olaraq son 12 ayda, orta saatlıq əməkhaqqı 2.9% artmış, işsizlik səviyyəsi isə ötən ay dəyişməmiş və 3.9% səviyyəsində qalıb.
•Ötən həftə açıqlanan məlumata əsasən ölkədə istehsal indeksi isə son 14 ilin ən yüksək səviyyəsinə avqustda çatıb.
•2-ci rüb nəticələrinə əsasən, istehlakçıların xərcləmələri 3.8% yüksəlib, lakin yadda saxlamaq lazımdır ki, yüksələn inflyasiya qarşıdakı aylarda istehlakçıların daha yüksək xərcləmələrini məhdudlaşdıra bilər.
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9377
  • ₽ RUB
    0.0257