BİRJA

Bu restoranlar şəbəkəsinin bir səhminin qiyməti təqdim etdiyi bəzi yeməklərdən ucuzdur
10 SENTYABR
341

Bu restoranlar şəbəkəsinin bir səhminin qiyməti təqdim etdiyi bəzi yeməklərdən ucuzdur

2018-09-10 21:01:00

El Pollo Loco, Meksika mətbəxi üzrə ixtisaslaşan və Juan Francisco Ochoa tərəfindən qurulan iki müstəqil restoran şəbəkəsinin adını daşıyır. Son günlər Restoranlar şəbəkəsi müştərilərin arzularına və cüzdanlarına tam uyğun olan dörd yeni yemək kombinasiyasını təqdim edəcəyini bildirib. Restoran sağlam qida rasionlu bir menyuda keçid etməyə çalışır və bunu şirkətin baş aşbazı belə izah edir: "Biz gündəlik hazırladığımız inqridientləri istifadə etməklə müştərilərimizə yeni layiqli yeməklər təklif edirik." İnvestorlar bu yanaşmanı bəyənir və restoranın kifayət qədər məşğul və bol müştərili olduğuna baxmayaraq, El Pollo Loco, bu sahədə ən yaxşı nəticələr əldə etmək üçün mümkün olan hər şeyi edir.

Beləliklə bu şəbəkənin səhmlərini almaqla gəlirli gələcəyə qədəm qoymaq olar. AzFinance investisiya şirkətindən Fins.az-a verilən məlumata görə, şirkətin səhmlərinin gündəlik artımı +9.66% təşkil edir. Bu restoranlar şəbəkəsinin bir səhminin qiyməti təqdim etdiyi bəzi yeməklərdən belə ucuz(13.05 dollar) olmağına baxmayaraq sahibinə əlaq qazanc gətirə bilər. El Pollo Loco,  və Juan Francisco Ochoa-nın xalis mənfəəti +8.62 milyon dollardı. Şəbəkənin işçilərinin sayı isə 5637 nəfərdi.

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258