BİRJA

Səba şirkətinin səhmləri toyuqlarından ucuzdur - Şirkət səhmlərini satışa çıxardı
28 AVQUST
1041

Səba şirkətinin səhmləri toyuqlarından ucuzdur - Şirkət səhmlərini satışa çıxardı

2018-08-28 12:03:00

27 avqust 2018-ci il tarixindən etibarən Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Səba" ASC-nin qiymətli kağızları BFB-də Alternativ Bazar seqmentində listinqə daxil edilib. Fins.az xəbər verir ki, bu gün  ticarətə hər birinin nominal dəyəri 2 manat olan 2 395 296 ədəd səhm çıxarılacaq (cəmi  4 milyon 790 min 592 manat).

 

Döv. Qeyd. nömrəsi

Q/k növü və forması

Emitent

Ticarətə buraxılan qiymətli kağızların sayı

Ticarətin başlanması tarixi

Q/k-ın ilkin ticarət qiyməti

Bazar seqmenti

1

AZ1001007595

Adi səhm

“Səba” ASC

2 395 296

(ədəd)

28.08.2018

2 AZN

Alternativ

 

BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan broker şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.

 

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258