BİRJA

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac - BAŞ TUTMAYIB
21 AVQUST
577

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac - BAŞ TUTMAYIB

2018-08-21 17:31:00

21 avqust 2018-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0104007684 ISIN-li, 35 mln. manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib. 

Hərrac zamanı 13 investor tərəfindən qiyməti intervalı 88.5514 AZN (13.0720%) və 92.3749 AZN (8.3459%) olan 21 sifariş təqdim edilib. 

Maliyyə Nazirliyinin qərarına əsasən keçirilmiş hərracın gəlirlilik dərəcələri Emitenti qane etmədiyi səbəbindən hərrac baş tutmamış hesab edilib. 

 Qeyd edək ki, son illər ərzində qısamüddətli istiqrazlar üzrə hərracın baş tutumaması ilk dəfədir. Sonuncu dəfə belə bir hadisə 2016-cı ilin fevral ayında baş verib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9459
  • ₽ RUB
    0.0259