BİRJA

58.Com, Inc-in səhmlərini alanlar gəlir əldə edəcəklər
20 AVQUST
296

58.Com, Inc-in səhmlərini alanlar gəlir əldə edəcəklər

2018-08-20 17:56:00

58.Com, Inc - alıcılar və satıcılar arasında mal və xidmətlərin köçürülməsi üçün yerli xidmət platforması kimi işləyən bir şirkətdir. Fins.az AzFinance İnvestisiya şirkətinə istinadən xəbər verir ki, ikinci rüb üzrə gəlirlilik hesabatı dərc olunduqdan sonra şirkətin səhmləri cümə axşamı günü 11% artıb. 58.com, ikinci dörddəbirdə 518,5 milyon ABŞ Dolları qazanc əldə etdiyini bildirdi və bu analitiklərin orta hesablamalarından 46 milyon dollar yüksəkdir. Şirkət üçüncü rübdə 497,4 milyon dollar gəlir əldə etməyi planlaşdırırlar və bu 486.4 mln dollar olan gözləntidən yuxarı rəqəmdir.

Şirkətin kapitallaşmasına gəlincə isə bu rəqəm 9.6 milyard dolları göstərir. Hər bir səhmin qiyməsi isə 65.22 dollardı. 58.com Inc.-in xalis mənfəəti 107.06 milyon dollardan çoxdur. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9340
  • ₽ RUB
    0.0258