Dövlət Əmlak Komitəsi (ƏMDK) sentyabrın 19-da "Cəlilabad Şərab-9" ASC-nin səhmlərinin 99,72%-ni təkrar investisiya müsabiqəsinə çıxarır. Müsabiqənin şərtlərinə görə, Cəlilabad rayonundakı şərabçılıq müəssisəsinin fəaliyyətinin bərpasına azı 400 min manat tələb olunur. Müəssisə 1981-ci ildə istismara verilib və Cəlilabad rayonunun Günəşli kəndində yerləşir. Səhmlərin qiyməti isə 80 min manatdır. Qeyd edək ki, əvvəl bu qiymət 120 min manat olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır