BİRJA

Bitcoin hazırda bu qiymətə ticarət olunur
11 AVQUST
323

Bitcoin hazırda bu qiymətə ticarət olunur

2018-08-11 10:46:00

Dünyada ən populyar kriptovalyuta olan bitcoin bir həftəyə yaxın davam edən ucuzlaşmadan sonra bir qədər bahalaşıb. Fins.az xəbər verir ki, hazırda bitcoin 6,4 min dollar ətrafında alınıb satılır."CoinMarketCap" portalının məlumatına əsasən, bitkoinin qiyməti son sutka ərzində 1,71% artaraq 6,467 min dollar təşkil edib. Digər kriptovalyutaların qiyməti isə müxtəlif istiqamətlərdə dəyişib. Belə ki, "Ethereum" 0,55% və ya 361,59 dollaradək ucuzlaşıb, "Ripple" 3,31% (0,3413 dollara qədər) ucuzlaşıb, "Bitcoin Cash" isə 1,44 (605,76 dollaradək) bahalaşıb.

Müəllif: Xeybər Heydərov 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9383
  • ₽ RUB
    0.0251