BİRJA

Azərbaycan nefti bahalaşıb
11 AVQUST
394

Azərbaycan nefti bahalaşıb

2018-08-11 10:32:00

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 73,42 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,23 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. Fins.az Trend-ə istiunadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti avqustun 9-da 72,71 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,2 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti avqustun 9-da 69,33 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,4 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə avqustun 9-da 70,63 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,13 dollar/barel çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9383
  • ₽ RUB
    0.0251