BİRJA

“Ulduz döyüşləri” investorlara qazanmaq imkanı yaradır
09 AVQUST
239

“Ulduz döyüşləri” investorlara qazanmaq imkanı yaradır

2018-08-09 16:15:00

Disney “Star Wars” (“Ulduz döyüşləri”) serialına 100 milyon Dollar sərf edəcək
Walt Disney film studiyası ödənişli onlayn kinoteatr istifadəyə buraxacaq. Xüsusilə, yeni xidmət abunəçiləri üçün, “Star Wars” hüququna sahib olan şirkət, on epizoddan ibarət eyniadlı serial çəkəcək və bu işə 100 milyon dollar sərf etməyi planlaşdırır. Fins.az AzFinance İnvestisiya şirkətinə istinadən xəbər verir ki,DIS (The Walt Disney Company)  kapitallaşması 173 milyard dollar, xalis mənfəəti +9.82 milyard dollar, işçilərin sayı isə 199 min nəfərdi. 

Qeyd edək ki, Disney onlayn kinoteatrı 2019-cu ildə yaratmağı planlaşdırır. “Disneyflix” iş başlığı altında olacaq xidmət ailəvi seyrlər üçün nəzərdə tutulacaq, yəni 18 yaşdan yuxarı olan film və seriallar siyahıda olmayacaq.

Son vaxtlara qədər, kinoteatrlarda izləndikdən sonra Disney studiyasında çəkilmiş filmlər, gələcək üçün əsas rəqib sayılan Netflix-in bazasına düşə bilirdi. İndi isə Walt Disney şirkətinin bütün filmləri və serialları yalnız Disneyflixdə efirə çıxacaq.

Əlavə məlumat əldə etmək istəyənlər 012 310 33 30 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255