BİRJA

BFB-nin dəstəyi və AFBİA-nın təşkilatçılığı ilə təlimlər keçirilir
07 AVQUST
251

BFB-nin dəstəyi və AFBİA-nın təşkilatçılığı ilə təlimlər keçirilir

2018-08-07 18:07:00

Bakı Fond Birjasının dəstəyi və Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası təşkilatçılığı ilə kapital bazarları institutlarının əməkdaşları üçün Borsa İstanbulda təlimlərə start verilmişdir.

06-09 avqust 2018-ci il tarixlərində Azərbaycan kapital bazarlarını təmsil edən ilk nümayəndə heyəti Türkiyənin, İstanbul şəhərində Borsa Istanbulda təşkil edilmiş təlimlərdə iştirak edir.

Təlimlər kapital bazarda çalışan mütəxəssislərin bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədi ilə təşkil olunmuşdur.

Təlimlərdə Borsa İstanbulda törəmə maliyyə alətləri ilə ticarətin təşkili, pay bazarı və borc alətləri bazarında ticarət əməliyyatlarının aparılması, listinq, marketinq və satış, eləcədə Türkiyənin klirinq və hesablaşma evi olan TakasBankın post ticarət əməliyyatları sahəsində təcrübəsi barədə təlimçilərə ətraflı məlumat veriləcəkdir.

Eyni zamanda, təlimdə Bakı Fond Birjasının Listinq Məsləhət Proqramına qoşulmuş şirkətlərin də iştirakı nəzərdə tutulub.  Xatırladaq ki, bu BFB tərəfindən təşkil olunmuş üçüncü təlimdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9117
  • ₽ RUB
    0.0251