BİRJA

Yaponiya qlobal fond bazarında Çini üstələyib
03 AVQUST
118

Yaponiya qlobal fond bazarında Çini üstələyib

2018-08-03 11:49:00

Yaponiya birjalarında ticarət olunan səhmlərin dəyəri ötən günün yekununda 6,07 trln. ABŞ dolları təşkil edib ki, bu da Çin birjaları ilə müqayisədə 80 mlrd. dollar çoxdur. Fins.az-ın məlumatına görə, “Report” bu barədə “Bloomberg” agentliyinə istinadən xəbər verir.

Bu ərəfədə Çinin fond birjası indeksləri “Shanghai Composite” və “Shenzhen Composite” müvafiq olaraq 2% və 2,4% geriləyiblər. Buna səbəb ABŞ hakimiyyətinin Çin istehsalı olan 200 mlrd. dollarlıq məhsulun idxalı üzrə gömrük rüsumlarının 10%-dən 25%-ə qaldırılacağı barədə açıqlamasıdır.

Xatırladaq ki, 2014-cü ildə Çinin fond bazarının kapitallaşması 10 trln. dolları keçmişdi. Təkcə 2018-ci ldə isə Shanghai Composite” indeksi ABŞ-la ticarət müharibəsi ucbatından 16%-dən çox azalıb.

Qlobal fond bazarında lider isə ABŞ olaraq qalır. Hazırda bu ölkənin birjalarında alınıb-satılan səhmlərin dəyəri 31 trln. dollar təşkil edir ki, bunun da 1 trln. dolları “Apple” korporasiyasının payına düşür. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254