BİRJA

Bu kriptovalyuta 2024-cü ilə qədər 500 min dollar olacaq
03 AVQUST
154

Bu kriptovalyuta 2024-cü ilə qədər 500 min dollar olacaq

2018-08-03 09:41:00

“Morgan Creek Capital Management”-in CEO-su Mark Yusko Bitcoin-in 2018-ci ildə öz rekordunu yeniləcəyini iddia etmişdi. Proqnozundan 6 aydan çox vaxt keçməsinə baxmayaraq, o, öz fikrində qalıb.

Mark Yusko “Twitter”-də etdiyi paylaşımda Bitcoin-in ilin sonunadək 25 min dollara yüksələcəyini bildirib. Apreldə təcrübəli CEO Bitcoin-in 2020-ci ildə 75, 2022-ci ildə 200, 2024-cü ildə isə 500 min dollara yüksələcəyini iddia etmişdi.

Yusko ötən il Bitcoin-in 1 milyon dollara çatacağını desə də, bunun yaxın 10 ildə baş tutacağını gözləmədiyini söyləmişdi. Yusko bu hədəfin “şəbəkə təsiri” nəzəriyyəsi səbəbindən olduqca doğru olduğunu bildirib. Şəbəkə təsiri bir məhsulu istifadə edən insanların sayının artması ilə məhsulun dəyərinin də buna uyğun artması anlamına gəlir.

SEC-in Vinklevoss qardaşlarının Bitcoin ETF müraciətini rədd etməsindən sonra Bitcoin cümə axşamı yenidən 8000 dollardan aşağı enmişdi. Bu rədd investorlarda bir növ şübhə yaratdı.

Bitcoin ETF-lərinin satın alma gözləntisi Bitcoin-in 8000 dollardan artıq olmasına təsir etsə də, ETF-lərin rədd edilməsi bazara mənfi təsir göstərdi.

Bitcoin-də son qiymət dəyişikliyi barədə danışan Yusko bu qiymət hərəkətlərinin Bitcoin-in mərkəzsizliyindən irəli gəldiyini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254