BİRJA

Apple tarixi rekorda imza atdı
02 AVQUST
247

Apple tarixi rekorda imza atdı

2018-08-02 22:50:00

ABŞ-lı texnologiya nəhəngi Appleın bazar dəyəri 1 trilyon dollara çatıb. Belə ki,  Nyu-York Birjasında Apple-ın səhmləri 2,75 faiz bahalşaraq 207,05 dollara qədər qalxıb. Fins.az xəbər veri ki, bu nəticə ilə, bazar dəyəri 1 trilyon dollara çıxan Apple, tarixdə bu səviyyəyə çatan ilk şirkət olub. Apple-ın çərşənbə günü açıqlanan hesabatına görə, bu ilin aprel-iyun dövründə ötən ilin eyni dövrü ilə müqayisədə şirkətin gəliri 17,3 faiz artaraq 53,26 milyard dollara, xalis mənfəəti də 32,1 faiz yüksələrək 11,52 milyard dollara çatıb. Bundan başqa, sözügedən dövrdə iPhone satışlarının 0,6 faiz artaraq 41 milyon 300 minə, iPad satışlarının da 0,9 faiz yüksələrək 11 milyon 553 minə çatdığı bildirilmişdi.

Apple-nin ABŞ Daşınan Əmlak və Birja Komissiyasına (SEC) verdiyi bəyanata görə, şirkətin 4 milyard 829 milyon 926 min səhmi var. Bəzi xəbər mənbələri isə Apple-ın keçmiş səhm sayına əsaslanaraq səhminin qiymətinin 203,45 dollar səviyyəsini  keçildiyi vaxtda şirkətin bazar dəyərinin 1 trilyon dollara çatdığını bildirmişdilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256