BİRJA

Mərkəzi Bankının Qısamüddətli Notları yerləşdirilməsi üzrə hərrac keçirilib
01 AVQUST
192

Mərkəzi Bankının Qısamüddətli Notları yerləşdirilməsi üzrə hərrac keçirilib

2018-08-01 17:26:00

1 Avqust 2018-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50100870S dövlət qeydiyyat nömrəli, 200 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərrac zamanı 16 investor tərəfindən qiyməti 99.3812 AZN (8.01%) olan 26 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 583, 857, 400 AZN olmuşdur.

AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.3812 AZN (8.01%), orta ölçülmüş qiyməti 99.3812 AZN (8.01%) müəyyən edilmişdir. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 200 000 000 AZN təşkil etmişdir.

Notların ödəmə tarixi 29.08.2018

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256