BİRJA

"Neftmaş-Tikinti"ASC-nin səhmdarları toplaşacaq
01 AVQUST
113

"Neftmaş-Tikinti"ASC-nin səhmdarları toplaşacaq

2018-08-01 09:28:00

Avqustun 26-da "Neftmaş-Tikinti"ASC-nin səhmdarları toplaşacaq. Fins.az-ın məlumatına görə,"Report" xəbər verir ki, ümumi yığıncaq səhər saat 11:00-da qurumun Dərnəgül şossesi 2082-ci məhəllə ünvanında keçiriləcək.

Yığıncağın gündəliyinə iki məsələ daxildir. Onlardan birincisi "Neftmaş-Tikinti"nin istifadəsində olan dövlət mülkiyyətindəki torpaq sahəsinin özəlləşdirilməsi və ya cəmiyyət tərəfindən icarəyə götürülməsinin mümkünlüyü barədədir.

Digər məsələ isə qurumun Nizamnaməsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq Cəmiyyətin ləğvinin həyata keçirilməsi ilə bağlıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256