BİRJA

Qiymətli kağızlar bazarının icmal göstəriciləri açıqlanıb
30 İYUL
920

Qiymətli kağızlar bazarının icmal göstəriciləri açıqlanıb

2018-07-30 17:23:00

2018-ci ilin I yarımilliyi ərzində qiymətli kağızlar bazarında ümumilikdə 12 451 mln. manat həcmində əməliyyat həyata keçirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.4 dəfə çoxdur. Fins.az xəbər verir ki, əməliyyatların 52.2%-i (6 499 mln. manat) ilkin bazarda, 47.8%-i (5 952 mln. manat) isə təkrar bazarda aparılıb.

2018-ci ilin I yarımilliyi ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə qiymətli kağızlarla 40 dəfə daha çox repo əməliyyatları edilib. Hesabat dövrü ərzində həyata keçirilmiş repo əməliyyatlarının həcmi 466 mln. manat (94%-i və ya 439 mln. manat dövlət qiymətli kağızları ilə) olub.

Hesabat dövründə ümumilikdə 8 210 mln. manat həcmində (95 sayda qeydiyyat) qiymətli kağızların dövlət qeydiyyatı aparılıb.

2018-ci ilin I yarımilliyi üzrə qiymətli kağızlar bazarının əsas göstəriciləri icmal göstəricilərdə öz əksini tapıb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9673
  • ₽ RUB
    0.0259