BİRJA

“Petkim” avrobond üzrə ilk faiz ödənişini həyata keçirib
27 İYUL
305

“Petkim” avrobond üzrə ilk faiz ödənişini həyata keçirib

2018-07-27 17:15:00

"Petkim Perokimya Holding” iyulun 26-da avrobond sahiblərinə 14 mln. 687,5 min dollar məbləğində ilk faiz ödənişini həyata keçirib. Bu barədə Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasının saytında məlumat verilir.

İyulun 26-da avrobond sahiblərinə ümumilikdə 14 milyon  687,5 min dollar məbləğində ilk faiz ödənişi həyata keçirilib, - deyə məlumatda bildirilir.

Xəbər verildiyi kimi, “Petkim Petrokimya Holding” 500 milyon dollar məbləğində ilk avrobond emissiyasını bu il yanvarın 26-da İrlandiya Birjasında yerləşdirib. Tədavül müddəti 5 il olan bu istiqrazların illik gəlirliliyi 5,875% nəzərdə tutulub. Ödəniş tarixi 26 yanvar 2023-cü ildir. Faiz ödənişləri 6 ayda bir dəfə olmaqla 26 iyul 2018-ci ildən başlayaraq həyata keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256