BİRJA

Bitcoin-in qiyməti sürətlə artdı – Bazarda nə baş verir?
18 İYUL
1224

Bitcoin-in qiyməti sürətlə artdı – Bazarda nə baş verir?

2018-07-18 14:11:00

Bitcoin-in qiyməti 7400 dollara yüksəlib. Kriptovalyuta bazarında artım davam edir.

Bitcoin-in qiyməti qısa vaxtda 10% artaraq 7400 dollara çatıb. BTC-nin əməliyyat həcmi də artıb. Bir neçə saat ərzində Bitcoin, Bitcoin Cash, Ethereum, Ripple və EOS kimi kriptovalyutaların qiymətləri 6-10% civarında yüksəlib. Kriptovalyuta bazarının ümumi dəyəri 20 milyard dollar çoxlaraq 292 milyard dollar olub.

Bazara daxil olan 20 milyard dollar

Ötən gün axşam saatlarında bazarın lider kriptovalyutaları sürətlə yüksəlib. Ən çox dəyər qazananlar isə Bitcoin və EOS olub. Sektrodakı müsbət yönlü xəbərlərin bazara yaxşı təsir etdiyini bilirik. Məsələn, Cənubi Koreya rəsmilərinin bazarın tənzimlənməsi üçün atdığı son addımlar yeni pulları cəlb edib. Bu da yüksəlişə zəmin yaradıb.

ABŞ, Yaponiya və Cənubi Koreya kimi ölkələrdən gələn müsbət xəbərlərə bazar 2 həftə reaksiya vermədikdə, mütəxəssislər təəccüblənmişdi. Ancaq bu xəbərlərin nəticəsi oldu. Bazar son vaxtlar tənzimləmə və qəbul etmə kimi sahələrdə uzun məsafə qət edib.

BTC son dəfə belə yüksəlişə aprelin 9-da çatmışdı. Yarım saatda 6900 dollardan 8000 dollara yüksəlmişdi. İnvestorlar müsbət mənada həyəcanlanmışdı.

Bitcoin-in qiyməti 8000 dolları keçərsə, apreldəki ssenari təkrarlana bilər. Lider kriptovalyuta 7400 dollarda sabit qalarsa, gələn həftə 8000 və 9000 dollar arasında dəyişə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9649
  • ₽ RUB
    0.0260