BİRJA

Maliyyə Nazirliyinin istiqrazlarına sifarişlərin nominal qiymətlə ümumi məbləği 84 mln manatdan çox olub
17 İYUL
241

Maliyyə Nazirliyinin istiqrazlarına sifarişlərin nominal qiymətlə ümumi məbləği 84 mln manatdan çox olub

2018-07-17 17:20:00

17 iyul 2018-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0104006686 ISIN-li, 35 mln. manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərrac zamanı 16 investor tərəfindən qiyməti intervalı 90.9317 AZN (10.0275%) və 93.0588 AZN (7.5000%) olan 32 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 92.6301 AZN (8.0001%), orta ölçülmüş qiyməti 92.6646 AZN (7.9596%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 84 061 300, 00 AZN, yerləşdirilmiş həcmi isə 35 mln manat təşkil edililib.

İstiqrazların ödəmə tarixi 16 iyul 2019-cu il.

Hərrac iştirakçıları 18 iyul 2018-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9459
  • ₽ RUB
    0.0259