BİRJA

Bitkoin ucuzlaşmaqda davam edir
14 İYUL
170

Bitkoin ucuzlaşmaqda davam edir

2018-07-14 12:17:00

Dünyada ən populyar kriptovalyuta olan bitkoin ucuzlaşmasını davam etdirir. Kriptovalyuta 6,2 min dollar ətrafında alınıb satılır. Mütəxəssislər bitkoinin ucuzlaşmaqda davam edəcəyini proqnozlaşdırır. "CoinMarketCap" portalının məlumatına əsasən bitkoinin qiyməti son sutka ərzində 1,06% ucuzlaşaraq 6 265 dollar təşkil edib. Alternativ kriptovalyutalar müxtəlif istiqamətlərdə dəyişib. Belə ki, "Ethereum" 0,78% və ya 437,3 dollaradək ucuzlaşıb, "Ripple" 0,04% (0,44 dollara qədər), "Bitcoin Cash" 0,26% (698,49 dollaradək) bahalaşıb. Kriptovalyuta bazarının kapitallaşması hazırda 249,75 milyard dollar təşkil edir və bunun 43 faizi bitkoinin payına düşür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9874
  • ₽ RUB
    0.0272