BİRJA

Litecoin Fondu Almaniya bankının 10%-ni aldı
12 İYUL
229

Litecoin Fondu Almaniya bankının 10%-ni aldı

2018-07-12 15:36:00

Litecoin Fondu Almaniyanın “Weg Bank AG” şirkətinin 9,9%-ni alıb. Fondun bu qeyri-adi qərarı kripto-nominal valyuta ödəniş şirkəti “TokenPay” ilə edilən strateji tərəfdaşlıq çərçivəsində verilib.

“TokenPay” 9,9%-lik bank payını Litecoin Fonduna ayırıb. Bunun qarşılığında fond “TokenPay”-in kriptovalyuta və biznes əməliyyatlarına Blockchain, marketinq və logistika sahələrində kömək edəcək. Litecoin Fondu TPAY kriptovalyutasının, blockchain texnologiyasının, “eFin” birjasının və EFIN tokeninin inkişaf etdirilməsində “TokenPay”-a yardım göstərəcək.

“TokenPay” Verge (XVG) ilə də uzunmüddətli tərəfdaşlıq müqaviləsinə malikdir. Tərəfdaşlar yaxın vaxtda XVG kripto debet kartlarını bazara çıxarmağa hazırlaşır.

Litecoin-in təsisçisi Çarli Li əməkdaşlıqla bağlı bunları bildirib:

“Bu tərəfdaşlıq həm Litecoin həm də “TokenPay” üçün uğurlu olacaq. Litecoin ilə “Weg Bank AG”-in inteqrasiya ediləcəyi və hər kəsin asan şəkildə Litecoin ala biləcəyi vaxtı səbrsizliklə gözləyirəm”.

“Weg Bank AG”-in təsisçisi Mathias von Hoffun fikrincə, iki şirkətin tərəfdaşlığı “çox mühafizəkar bir təşkilat”ın baxış tərzindən təəccüblü görünə bilər. Buna baxmayaraq, Hoff bank sektorunun gələcəkdə buna bənzər ödəniş vasitələrini mənimsəyəsəyini düşünür.

Digər tərəfdən, “TokenPay”-in “WEG”-in qalan səhmlərini almağı planlaşdırdığı ilə bağlı xəbərlər də yayılıb. Şirkətin audit komitəsinin sədri bu əməkdaşlığın köhnə və yeni dünyanı “maddi reallıqda” birləşdirəcəyinə inandığını söyləyib.

Bildiyimiz kimi, Litecoin ödəniş xidməti “LitePay” uğursuzluğa düçar oldu. Litecoin bu hadisədən sonra davamlı olaraq dəyər itirdi. Hazırda Litecoin 77,66 dollara əməliyyat görür və 6-cı pillədə qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9996
  • ₽ RUB
    0.0259