BİRJA

BIIB (Biogen Inc.)-in səhmləri ən çox gəlir gətirənlər sırasındadır
11 İYUL
1330

BIIB (Biogen Inc.)-in səhmləri ən çox gəlir gətirənlər sırasındadır

2018-07-11 16:47:00

Baş ofisi ABŞ-ın Massasuçests ştatının Kembric şəhərində yerləşən BIIB (Biogen Inc.) - hazırda bazar kapitalı 75 milyard dollardı. Şirkətin 2017-ci ildə xalis mənfəəti 2.539.100.000 dollar olub. Hazırda nəhəng şirkətin 7300 nəfər işçisi var. Biogen Inc. neyrodeqenerativ, hematoloji və autoimmun xəstəliklərin müalicəsi üçün terapiyanın inkişafı üzrə ixtisaslaşan Amerika biotexnologiya şirkətidir. Şirkət tərəfdaşlıq etdiyi Eisai şirkəti ilə birgə Alzheimer xəstəliyinin müalicəsində BAN2401-in 2-ci mərhələ klinik sınağından müsbət nəticə aldıqdan sonra, səhmlər 19.6% artıb. Adı çəkilən şirkətin səhmləri hazırda ən çox gəlir gətirən səhmlərdi. İyulun 10-na na BIIB (Biogen Inc.)-in səhmləri 344.82 dollara ticarət olunur. 

Məlumat üçün bildirək ki, BIIB (Biogen Inc.)-in səhmlərini əldə etmək istəyənlər AzFinance İnvestisiya şirkətinin 012 310 33 30 telefon nömrələri ilə əlaqə saxlaya bilərlər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9874
  • ₽ RUB
    0.0272