BİRJA

“Google”-un təsisçisi Ethereum mədənçiliyi etdiyini açıqlayıb
11 İYUL
225

“Google”-un təsisçisi Ethereum mədənçiliyi etdiyini açıqlayıb

2018-07-11 14:48:00

“Google” və “Google”-a bağlı şirkətlər qrupu olan “Alphabet”-in rəhbəri Sergey Brin Mərakeşdə davam edən Blockchain sammitinə qatılıb.

Sergey Brin 10 yaşlı oğlu ilə birlikdə Ethereum mədənçiliyi etdiklərini qeyd edib. Brin həmçinin “zero-knowledge proofs” alqoritmi haqqında “həqiqətən mümkün deyil” şərhini verib.

“Zero-knowledge proofs” məlumatı başqası ilə bölüşmədən bildiyiniz şeyi sübut etmək üçün nəzərdə tutulan kriptoqrafik alqoritmdir. Bu texnologiyanı istifadə edən Zcash və digər kriptovalyutalar anonim əməliyyatlar edə bilirlər.

Tədbirdə “Lightning Labs”-in CEO-su Elizabet Stark və “MIT”-in təmsilçisi Neha Narulo da iştirak edib. Elizabet Stark ildırım şəbəkəsi və mərkəzi birjalar haqqında bunları bildirib:

“İldırım şəbəkəsi insanların Blockchain şəbəkəsində yüksək həcmli əməliyyatlar reallaşdırmasına imkan yaradır. Bu, həqiqətən, əladır”.

Hər il sərmayəçilərə açıq məktub ünvanlayan Brinin bu ilki açıq məktubu apreldə dərc olundu. Məktubda proqramlaşdırma dünyasında partlayışın yaşandığını bildirən Brin bu partlayışı texnoloji renessansa bənzədib.

Əlbəttə, bu partlayışa səbəb olan bir çox faktor var, ancaq bunlardan birincisi “Moore” qanunudur. İkincisi isə Ethereum kimi kriptovalyutalarla yanaşı “proof-of-work” alqoritminə artan tələbdir.

Sergey Brin kriptovalyutalara böyük rəğbət göstərir. Buna baxmayaraq, “Google” martda kriptovalyuta reklamlarını qadağan etmişdi. Lakin oxşar qərar verən “Facebook” ilk günlərində geri addım atdı və Evan Çenq şirkətin baş Blockchain mühəndisi oldu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9960
  • ₽ RUB
    0.0258