BİRJA

Qazanmaq istəyirsinizsə, bu 4 kriptovalyutaya investisiya qoyun
10 İYUL
382

Qazanmaq istəyirsinizsə, bu 4 kriptovalyutaya investisiya qoyun

2018-07-10 12:51:00

Aşağıdakı kriptovalyutalar güclü komandaya və böyük potensiala malikdir. Fins.az xarici mediaya istinadən xəbər verir ki, bu kriptovalyutalara investisiya yatırmaq məsləhət görülür. Qeyd edək ki, bu Fins.az-ın ekspertlərinin fikri deyil, xarici medianın yaydığı fikirdir və buna görə Fins.az məsuliyyət daşımır. 

1. Cardano (ADA)

Cardano Ethereum-un həmtəsisçisi Çarlz Hoskinson tərəfindən başladılan mərkəzsiz bir platformadır. Cardano sahib olduğu blockchain-in ağıllı müqavilələri və mərkəzsiz tətbiqləri dəstəkləməsi mövzusunda Ethereum ilə oxşar olsa da, bu layihə sahib olduğu “sidechain” və istifadə etdiyi texnologiya haqqında elmi qiymətləndirmələr metodu ilə daha inkişaf etmiş blockchain olmağı planlaşdırır.

Sidechain vahid məqsəd üçün hazırlanan blockchain platformasıdır. Blockchain sisteminə sidechain əlavə etmək əsas blockchain infrastrukturundakı əməliyyatların sayını azaldar.

Cardano bir qatdan ibarət deyil. Layihənin içərisində öz kriptovalyutası olan ADA-nın çalışdığı “Cardano Settlement Layer” (CSL) və ağıllı müqavilələr ilə mərkəzsiz tətbiqlərin işlədiyi “Cardano Computation Layer” (CCL) mövcuddur.

Çox qatlı yanaşma blockchain-in “soft fork” istifadəsi ilə asanlıqla yenilənməsinə imkan verir. “Soft fork” prosesi ən sadə şəklində “geriyə uyğun” ayrılma kimi ifadə edilə bilər. Hard fork isə blockchain-in yeni və ayrı bir versiyasını çıxardığına görə, əvvəlki blockchain üzərində çalışan düyünləri qəbul etməyən və geriyə uyğun olmayan ayırma olaraq açıqlana bilər.

Cardano blockchain platformasının adıdır. ADA isə bu platforma üzərində işləyən kriptovalyutadır. Bu ad XIX əsrin məşhur riyaziyyatçısı və dünyanın ilk kompüter proqramçısı Ada Lavleysin şərəfinə adlandırılıb.

Cardano (ADA) hazırda 0.14 dollar dəyərindədir.

2. Basic Attention Token (BAT)

Basic Attention Token (BAT) Ethereum şəbəkəsində qurulan mərkəzsiz bir reklam platformasıdır. BAT “Javascript”-in təsisçisi və “Mozilla Firefox”-un həmtəsisçisi Brendan Eyç tərəfindən yaradılıb.

BAT-ın potensial istifadələri aşağıdakılardır:

Bir reklamın görüntülənməsindən BAT almaq

Xüsusi məhsul və ya spesifikasiyalarda BAT istifadə etmək

Sevimli yayımçılara BAT hədiyyə etmək

“AdBlock” proqramından təsirlənən reklamçılar və yayımçıların zərərləri kompensasiya etmək üçün BAT istifadə etmələri

BAT “Brave” internet brauzeri tərəfindən bazara çıxarıldı və bu brauzerin bütün imkanlarından istifadə edir.

Əgər reklamçılar “Brave” istifadəçilərinin öz reklamlarını izləməsini istəyirsə, istifadəçilərin bu zaman itkisi üçün onlara BAT ödəməsi etmələri lazım olacaq və bunun sayəsində adi brauzerlərlə müqayisədə 7 qat daha sürətli olacaq.

Bu sistem bəzi reklamları izlədiyiniz üçün sizə oyun içində pul verən smartfon oyunlarına bənzəyir.

Basic Attention Token hazırda 0.27 dollara əməliyyat görür.

3. Ripple (XRP)

Ripple “Ripple Labs” tərəfindən hazırlanmış ödəniş və pul köçürmə sistemidir. Ripple-ın məqsədi bankların böyük miqdardakı pulları saniyələr ərzində böyük əməliyyat ödənişləri olmadan reallaşdırmasını təmin etməkdir.

XRP-in sürəti və aşağı əməliyyat ödəni onu Stellar Lumens-ə bənzətsə də, aralarında xüsusi fərqlər var. Ripple dünyadakı bütün bankları hədəfləyən bir ödəniş protokoludur.

Ripple hazırda “JP Morgan”, “Santander”, “American Express” və “The Bank of England” də daxil olmaqla 100-dən çox bank ilə tərəfdaşlıq qurub.

Banklar Ripple-ın əsas hədəfi olsalar da, fərdi istifadəçilər də yüksək məbləğdə pul köçürmək üçün XRP istifadə edə bilərlər. Məsələn, tutaq ki, xarici ölkədəki qohumunuza 10 min dollar göndərmək istəyirsiniz. Bunu 2-3 saniyəyə və yalnız bir neçə manata reallaşdıra bilərsiniz.

XRP-nin qiyməti hazırda 0,47 dollar təşkil edir.

4. Stellar Lumens (XLM)

Stellar Lumens (XLM) Ripple-ın həmtəsisçisi Ced Makaleb tərəfindən başladılan qeyri-mərkəzləşdirilmiş inkişaf platforması və kriptovalyuta layihəsidir.

Stellar da əksər kriptovalyuta ilə müqayisədə aşağı aşağı əməliyyat qiymətinə malikdir. Əməliyyat sürəti Ripple-dakı kimi 2-4 saniyədir.

Stellar blockchain infrastrukturunda işləyəcək ICO-lar, ağıllı müqavilələr və mərkəzsiz tətbiqlər inkişaf etdirmək üçün istifadə edilə bilər.

Stellar-ın yaratdığı fərqliliyin səbəbi kriptovalyutanın əməliyyat sürətinin yüksək, əməliyyat ödənişinin isə aşağı olmasından qaynaqlanır.

Yaxın vaxtlarda “Mobius” öz ICO layihəsi üçün Stellar Lumens blockchain-i istifadə edərək 39 milyon dollar toplamışdı.

Stellar Lumens hazırda 0.21 dollar civarındadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9117
  • ₽ RUB
    0.0251