BİRJA

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
06 İYUL
90

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

2018-07-06 14:39:00

10 iyul 2018-cı il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcək. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq.

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilib.

Dövlət istiqrazının növü Faizli, ortamüddətli dövlət istiqrazları

Qiymətli kağızın ISIN kodu AZ0105011693

Emissiya həcmi 35 000 000 AZN

Nominal dəyəri 100 AZN

İstiqrazların tədavül müddəti 728 gün

Faiz ödənişləri (olduqda) 2019-cu il 8 yanvar, 2019-cu il 9 iyul, 2020-ci il 7 yanvar, 2020-ci il 7 iyul

Faiz gəliri 8 %

Ödəmə tarixi 07.07.2020

Anderrayter Paşa Kapital İŞ QSC

Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9921
  • ₽ RUB
    0.0273