BİRJA

Venesuela öz kriptovalyutasından istifadə edərək villalar tikəcək
05 İYUL
203

Venesuela öz kriptovalyutasından istifadə edərək villalar tikəcək

2018-07-05 17:48:00

Venesuelanın həyat və yaşayış naziri İldemaro Villarroel hökumətin Petro ilə bağlı yeni planları haqqında danışıb. Villarroelin fikrincə, hökumət neft ilə dəstəklənən Petronu istifadə edərək villa inşa etdirəcək. 

Məlumata görə, ölkənin mənzil layihəsi çərçivəsində yeni villalar inşa ediləcək və bu villaların maliyyələşdirilməsi Petro vasitəsilə təmin ediləcək. Bu mənzil layihəsinin məqsədi ölkədə yoxsul vətəndaşları mənzillə təmin etməkdir.

Nazirin açıqlamasına görə, ölkədəki 33 yerli şirkət bu yaşayış binalarının tikintisi üçün texniki, maliyyə və logistik tədqiqatlara başlayıb:

“İkinci rübdə başladacağımız planları qiymətləndiririk. Mənzil layihəsinə maliyyə resurslarına köçürüləcək və bu ehtiyatlar Petro ilə yaradılacaq”.

Nazirin fikrincə, prezident Nikolas Maduro üçün bu yeni villaların tikintisi üçün 75 milyon bolivar və 909 min Petro xərclənməsinə göstəriş verib.

Venesuelanın Petro-su

Venesuela hökuməti ölkənin milli kriptovalyutası olan Petro üçün müxtəlif istifadə sahələri yaratmaq istəyir. İlin əvvəlində xarici ticarətdə Petro-dan istifadə ediləcəyi qeyd olunmuşdu. Hindistana neft ticarətində Petro istifadə edilməsi təqdirdə 30% endirim vəd olunmuşdu, lakin Hindistan bu təklifi rədd etdi.

“Brookings Institute”-a görə, Petro əsas kriptovalyutaların etibarına görə zərər verir. Venesuela hökuməti bu kriptovalyutanı xüsusilə ABŞ kimi ölkələrin sanksiyalardan xilas olmaq üçün istifadə edir.

Ötən ilin sonlarında hazırlanan Petro müxtəlif müzakirələrin mərkəzinə çevrildi. Venesuela müxalifəti Petro-nun qanuni olmadığını iddia etdi. ABŞ prezidenti Donald Tramp isə ABŞ vətəndaşlarının Petro ticarəti etmələrinə qadağa qoydu.

Venesuela rəsmilərinin sözlərinə görə, Trampın bu qadağası insanların Petro-ya olan marağını daha çox artırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256