BİRJA

London Fond Birjasının nümayəndəsi Bakıda fond bazarı iştirakçıları ilə görüşüb
05 İYUL
118

London Fond Birjasının nümayəndəsi Bakıda fond bazarı iştirakçıları ilə görüşüb

2018-07-05 09:38:00

Bakı Fond Birjası (BFB) ilə London Fond Birjasının birgə əməkdaşlığı çərçivəsində şirkətlərin yerli kapital bazarları vasitəsilə maliyyələşmə imkanlarının genişləndirilməsi istiqamətində bazar iştirakçıları ilə görüş keçirilib. Fins.az-ın BFB-yə istinadən verdiyi xəbərə görə, tədbir çərçivəsində maliyyələşmənin təşviqi istiqamətində London Fond Birjasının nümayəndəsi tərəfindən “Elite” proqramı imkanlarından istifadə etməklə Bakı Fond Birjasının Listinq Məsləhət Proqramının imkanlarının genişləndirilməsi barədə məlumat verilib.

Qeyd edək ki, BFB Listinq Məsləhət Proqramının xidmətlərinin, tərəfdaşlarının və əhatə dairəsinin genişlənməsi istiqamətində fəaliyyətini davam etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256