BİRJA

Bakı Fond Birjası səhmdarlarına 500 min manatdan çox dividend ödəyib
29 İYUN
99

Bakı Fond Birjası səhmdarlarına 500 min manatdan çox dividend ödəyib

2018-06-29 12:29:00

“Bakı Fond Birjası” QSC-nin (BFB) səhmdarlarının bu il mayın 25-dəki ümumi yığıncağında qəbul edilmiş qərara əsasən, Birja 2017-ci ildə əldə etdiyi 1,471 mln. manat məbləğində xalis mənfəətin 504 min manatını (34,26%-ni) səhm sahiblərinə dividend kimi ödəyib.

Fins.az bu barədə BFB-yə istinadən xəbər verir.

Xatırladaq ki, Birjanın 1,26 mln. manatlıq nizamnamə kapitalı hər birinin nominal dəyəri 200 manat olan 6 300 ədəd səhm əsasında formalaşıb. Hər səhm üzrə dividendin məbləği onun nominal dəyərinin 40%-i qədər – 80 manat təşkil edib. 

Xatırladaq ki, BFB 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,26 mln. manatdır. Birjanın səhmdarları 20 hüquqi şəxsdir. Bunların arasında 5 yerli bank ("Azər-Türk Bank", “Azərbaycan Sənaye Bankı” (ASB), "Kapital Bank", "Azərbaycan Beynəlxalq Bankı" və ləğv prosesində olan "United Credit Bank" ASC-lər), 14 yerli və xarici investisiya şirkəti, hətta İstanbul Fond Birjası (“Borsa İstanbul”) var. ASB istisna olmaqla, digər səhmdarların BFB-də payı 4,76%-dir. ASB isə Birjada 9,52% payla təmsil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9828
  • ₽ RUB
    0.0267