BİRJA

Bitkoinin qiyməti 5 min dollardan aşağı düşə bilər
25 İYUN
458

Bitkoinin qiyməti 5 min dollardan aşağı düşə bilər

2018-06-25 10:02:00

 Dünyanın ən məşhur kriptovalyutası olan bitkoinin qiymətinin bu həftə, 2017-ci ilin oktyabr ayından bəri ilk dəfə 5 min ABŞ dollarından aşağı düşə bilər. Qonşu ölkələrin maliyyə şirkəti - "Alpari"nin analitiki Vladislav Antonov bildirib ki, bitkoinin "qara gün"lər" Yaponiya və ABŞ-dan gələn xəbərlərdən sonra başlayıb. Belə ki, Yaponiyanın maliyyə xidmətləri agentliyi ölkənin 16 kriptovalyuta birjasında təhlükəsizliklə bağlı boşluqlar aşkarlayıb.

Rusiyanın ICG kriptovalyuta fondunun nümayəndəsi İqor Zartdinov isə deyib ki, birjaların təhlükəsizlik sistemlərindəki problemlər kriptovalyutalara inamı getdikcə azaldır.

Müstəqil analitik Aleksandr Boyev isə qeyd edib ki, kriptovalyuta sayəsində əldə olunan "asan pullar dövrü" artıq bitib.

Qeyd edək ki, bitkoinin qiyməti ötən həftənin sonu ilə müqayisədə cüzi artaraq 6 147 dollara çatıb. (Report.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255