BİRJA

"General Electric" DOW JONES indeksindən kənarlaşdırılacaq
21 İYUN
175

"General Electric" DOW JONES indeksindən kənarlaşdırılacaq

2018-06-21 17:19:00

Səhmləri Dow Jones Industrial Average-in komponeneti olan  General Electric-in  səhmləri  ucuzlaşmağa başlayıb. Buna səbəb onun yerini indeksdə Walgreens Boots Alliance tutacağının bəlli olmasından sonra olub.

General Electric 1892-ci ildə Tomas Edison tərəfindən yaradılandan sonra ən bahalı şirkət olub. Lakin 1896-cı ildə dünya iqtisadi böhranı və sənaye sektorunun enişi onun birincilik siyahısından 6-cı pilləyə endirib.

ABŞ iqtisadiyyatı dəyişilib deyə Devid Blitçer bildirib. S&P Dow Jones Indices rəhbərinin sözlərinə görə, indi ABŞ-da aparıcı iqtisadi qüvvələr istehlak , maliyyə və texnologiya , tibb sahəsidir.

Fins.az Reuters-ə istinadən xəbər verir ki, GE-nin səhmləri 2000-ci ildən bu günə kimi maksimum 80% ucuzlaşıb.

Göstəricilərin artımı ilə bağlı biz öz planlarımıza uyğun hərəkət edirik. İndeksdən kənarlaşdırılmağımız gələcək uğurlarımıza mane olmamalıdır deyə şirkətin prezidenti  Flenneri bildirib.

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9876
  • ₽ RUB
    0.0249