BİRJA

Bitcoin ucuzlaşır?
21 İYUN
110

Bitcoin ucuzlaşır?

2018-06-21 11:01:00

Bitkoin Cənubi Koreyada kriptovalyuta birjasının haker hücumuna məruz qalması xəbəri fonunda ucuzlaşmaqda davam edir.

Fins.az xəbər verir ki, gecə saatlarında "Bithumb" birjasına hücum nəticəsində 30 milyon dollara yaxın məbləğ oğurlanıb.

"CoinMarketCap" portalının məlumatlarına əsasən, bitkoinin qiyməti son sutka ərzində 1,12% ucuzlaşaraq 6 653 dollar təşkil edib. Alternativ kriptovalyutaların qiyməti fərqli şəkildə dəyişib. Belə ki, "Ethereum" 1,16% və ya 525,07 dollaradək bahalaşıb, "Ripple" 1,22% (0,531 dollara qədər), "Bitcoin Cash" 0,59% (876,4 dollaradək) ucuzlaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 284,3 milyard dollar təşkil edir və bunun 40 faizi bitkoinin payına düşür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9801
  • ₽ RUB
    0.0270