BİRJA

Azərbaycan neftinin qiyməti artır
20 İYUN
890

Azərbaycan neftinin qiyməti artır

2018-06-20 09:01:00

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 18-də 75,42 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 1,43 dollar/barel çoxdur. 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyunun 18-də 74,74 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,47 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyunun 18-də 72,19 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 1,46 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti isə iyunun 18-də 73,5 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,24 dollar/barel azdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9828
  • ₽ RUB
    0.0267