BİRJA

Goldman Sachs əmindirki neft bu qiymətə olacaq
19 İYUN
594

Goldman Sachs əmindirki neft bu qiymətə olacaq

2018-06-19 19:07:00

OPEC-in istehsal həcmləri, ticarət gərginliyi və fond artımı ilə bağlı narahatlıqlara baxmayaraq Goldman Sachs analitikləri əminliklə bildirir ki, yaxın aylarda neftin qiyməti artacaq. Fins.az bankın yayadığı açıqlamaya istinadən xəbər verir ki, Rusiya və Səudiyyə Ərəbistanı tərəfindən istehsal artımının gözlənilməsinə rəğmən itkilər həftəsindən sonra bazarda vəziyyət bir qədər qarışıq idi.

Buna baxmayaraq, Goldman analitikləri, bu hərəkətin, əksinə, neft qiymətlərinə "boğuq" təsir göstərəcəyini iddia edir.  "Təchizat və tələb balansı 2018-ci ilin ikinci yarısında inventarların daha da azalması və qiymətlərin artımını nəzərdə tutur",  neftin qiyməti barədə proqnozu Goldman Sachs  82,50 dollar səviyyəsində təsdiqləyib.

"Lakin artmaqda olan riskləri nəzərdən qaçırmamalıyıq", deyə bank rəsmiləri əlavə edib.

Cümə axşamı Vyanada OPEC konfransı keçiriləcək

Goldman Sachs analitikləri Rusiyanın və Səədüyyə Ərəbistanın  2018-ci ilin sonuna neft istehsalını gündəlik 1 milyon barelə çatdıracağını 2019-cu ilin ilk 6-ayında isə 500 milyon gündəlik barel istehsal olunacağını qeyd ediblər.

Lakin bu tədbirlərin təsiri Venesuela və İranın tədarükünün kəsilməsinə gətirib çıxaracaqdır.

Balansın yeni əsas göstəriciləri göstərir ki, bazarda bir çatışmazlıq mövcuddur və tələbatın artması və təchizat çatışmazlığı istehsalın artırılması zərurətini göstərir ", deyə Goldman rəsmiləri bildirib.

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9921
  • ₽ RUB
    0.0273