BİRJA

Bitcoin mədənçiliyi ilə bağlı vacib xəbər
13 İYUN
143

Bitcoin mədənçiliyi ilə bağlı vacib xəbər

2018-06-13 13:10:00

Bitcoin mədənçiliyinin aparıcı qüvvəsi olan “Bitmain”-in ictimaiyyətə açıldığı üçün fondlarını 400 milyon dollar zənginləşdirdiyi bildirilir.

Regional media şirkəti “China Money Network” “Bitmain”-in 12 milyard dollarlıq qiymətləndirməsinin edilə biləcəyininin səbəbi olan fond toplama mərhələsini izah edib.

12 milyard dollarlıq qiymətləndirmə “Bitmain”-in daxili təxminləriylə uyğunlaşır.

Xəbərə görə, “Bitmain” sentyabrda Honq-Konq birjasında 30-40 milyard dollar arasında bazar dəyərilə IPO (xalqa ərz) tənzimləməyi planlaşdırır.

2013-cü ildə yaradılan “Bitmain” tətbiqə xüsusi inteqral dövrə (ASIC) çipləri və kriptovalyuta mədənçiliyi avadanlıqları istehsal edir. Hal-hazırda bu bazarın yüzdə səksəninə nəzarət edir.

“Bitmain”-in ən böyük rəqibi “Canaan Creative” də Honq-Konqda IPO tətbiq etməyi planlaşdırır. Cihazları Bitcoin mədənçilik bazarının təxminən 15%-ni təşkil edən şirkət bu təklif sayəsində 2 milyard dollara qədər vəsait toplayacağına inanır.

“Bitmain” süni intellekt ilə tətbiqlər üçün ASIC çipləri hazırlamağa başlayıb və şirkətin CEO-su Jihan Vu bu sahənin 5 ildə şirkətin gəlirinin 50%-ni təşkil edəcəyini söyləyir.

Diqqət çəkən digər məsələ isə “Sequoia Capital China” 2017-ci ildə edilən fond toplama müzakirələrindən yaranan seçilmişlik razılaşmasını pozduğu ilə əlaqədar iddia açmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267