BİRJA

Bu qərar olmasa qızılın qiyməti yüksək olaraq qalacaq
13 İYUN
247

Bu qərar olmasa qızılın qiyməti yüksək olaraq qalacaq

2018-06-13 01:49:00

Qızılın qiyməti qısamüddətli dəyişkən olmasına baxmayaraq həmişə uzunmüddətli dəyərini qoruyub saxlamaqdadir. İllər ərzində infilyasiya və esas valyutaların dəyərdən düşmə səbəbinə görə hedcing kimi istifadə olunur. Fins.az xəbər verir ki, bu sözləri müstəqil analitik Bünyadov Seyfəl bildirib. Onun proqnozuna görə, dollara təlabat azalanda investorlar ve banklar pullarini qizilda saxlayirlar və bununlada sarı metalin qiymetinin qalxmasinda əsas iştirakçı olurlar.
Dollar indeksi və qizil biri birinə tərs istiqamətdə hərəkət edirlər. Dollar qalxan ərəfələrdə yatırımların bir qismi qızıldan əsas valyutaya keçir buda öz növbəsində qızılın dəyərdən düşməsinə səbəb olur.
Son illərin ən böyük qızıl ehtiyyatları olan ölkələrin sıralaması bu cür qərarlaşıb. ABŞ, Almaniya, İtaliya, Fransa, Çin,Rusiya, İsveç, Yaponiya, Niderland,
Qızılın qiymət qrafikinə nəzər saldıqda isə onun irəliləmə prosesi 13.06.2018 tarixində keçiriləcək FED-in faiz dərəcələri ilə bağlı qərardır. Dollar indeksinə müsbət təsir edən qərar qızılın qiymətini qisamüddətli 1240 usd səviyyələrinə sala bilər. uzunmuddətli 1400 usd zonalarina qədər alış trendi formalaşdıran qızıl 1240 usd seviyyələri altında möhkəmlənərse sarı metalin bir müddət təzyiq altinda qalacağı ehtimal olunur

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267